BMT Baş katibinin Şimali Koreyaya səfəri ləğv olunub

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Munun (Moon) Şimali Koreya ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə gözlənilən səfəri ölkənin istəyinə görə ləğv edilib.

281013
BMT Baş katibinin Şimali Koreyaya səfəri ləğv olunub

  Şimali Koreya rəhbərliyinin dəvətilə planlaşdırılan səfər çərçivəsində Ban Ki Munun paytaxt Piyonyanın (Pyongyang) yerinə Cənubi və Şimali Koreya arasındakı əməkdaşlığın simvolu olan Kaesong Sənaye kompleksinə gələcəyi müəyyən olunmuşdu. Amma Cənubi Koreyadan sonra Şimala keçməsi gözlənilən Ban Ki Munun bu səfəri reallaşdırmasına saatlar qalmış səfəri ibtal edilib, halbuki BMT Baş katibi Koreya yarımadasında sabitlik və sülh naminə nəyin bahasına olursa olsun, əlindən gələni etməyə hazır olduğunu söyləmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr