ABŞ Ramadinin geri alınacağına inanır

ABŞ İraq güclərini hava hücumları, təlim və təchizatla dəstəkləməyə davam edəcək.

280197
ABŞ Ramadinin geri alınacağına inanır

ABŞ İraq güclərini, hava hücumları, təlim və təchizatla dəstəkləməyə davam edəcək.
DEAŞ terror təşkilatının İraqda Ramadinin idarəsini ələ keçirməsindən sonra, Vashinqton vəziyyətə münasibət bildirib.
ABŞ dövlət departamentinin təmsilçisi Ceff Rathke mətbuat konfransında hadisələr barədə danışıb.
Rathke Ramadinin yenidən geri alınacağına əmin olduqlarını, belə müvəqqəti uğursuzluqların İraq təhlükəsizlik qüvvələrinin koalisiya qüvvələri ilə ortaq çalışaraq aradan qaldırılacağına inandıqlarını bildirib.
ABŞ Baş Qərargah rǝisi Martin Dempsey də Ramadinin terror təşkilatı tərəfindən ələ keçirilməsi kimi vəziyyətlərin təəssüf doğurduğunu, şəhərin İraq qüvvələri tərəfindən geri alınması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb. Bundan başqa Baş Qərargah rǝisi İraq güclərini hava hücumları, təlim və təchizatla dəstəkləməyə davam edəcəklərini də vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr