Məhəmməd Mursinǝ edam cəzası

Avropa Birliyi qərarın dəyişməsni gözləyir

279663
Məhəmməd Mursinǝ edam cəzası

 


Avropa Birliyi, Misirdə seçilmiş prezident Məhəmməd Mursinǝ edam cəzası verilməsinin səhv olduğunu açıqlayıb.

Avropa Birliyi Xarici Siyasət Ali Nümayəndəsi Federica Mogherini bu qərarın dəyişməsini gözlədiyini söyləyib:


"Məhkəmənin ölüm cəzası qərarı, toplu bir mühakimə etmə əsnasında alınmışdır. Bu Misirin beynəlxalq qanunlar çərçivəsində uyğun deyildir. "

Mogherini Misirin ədalətli bir şǝkildǝ mühakimə edilmǝsi və müstəqil bir qərar üçün müdafiə haqqının zəmanət altına alıması lazım olduğunu vurğulayıb.

Edam qərarının mərhəmətsizcə və qeyri-insani bir qərar olduğunu vurğulayan Federica Mogherini, Avropa Birliyinin hansı şərtlər altında olursa olsun edam cəzasına qarşı olduğunu ifadə edib.

  • Edam qərarına dünyanın dörd bir tərəfindən gələn reaksiyaları qınayan Misir Xarici İşlər Nazirliyi, "Misirin daxili işlərinə müdaxilə edilə bilməz" deyib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr