Edam qәrarından reaksiyalar davam edir

prezident Məhəmməd Mursi və digər 107 nəfərin edama məhkum edilməsi əks sədaya səbəb olub.

278899
Edam qәrarından reaksiyalar davam edir

Misirdə hərbi çevrilişlә iqtidardan uzaqlaşdırılan və daha sonra həbs olunan keçmiş prezident Məhəmməd Mursi və digər 107 nəfərin edama məhkum edilməsi əks sədaya səbəb olub. İstanbul Fatih Məscidində günorta namazından sonra minlərlə adam yürüyüş təşkil edərək qərara sərt reaksiya verib. Mətbuata verilən açıqlamada Misirdəki çevrilişin vicdansızlıq, haqsızlıq və zülmün göstәricisi olduğu, bütün dünyanın isə buna laqeyd qaldığı vurğulanıb. Açıqlada, edam qərarı verənlərin və çevriliş edənlərin nə qədər çarəsiz olduqları da qeyd olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr