Dənizin ortasında həyat mücadiləsi

Dünyada ən çox əziyyət çəkən azlıqlardan biri olan Araka müsəlmanlarının Myanmarda qaçış səyi faciəyə çevrilib.

275800
Dənizin ortasında həyat mücadiləsi

  Təxminən 300 Araka müsəlmanını daşıyan gəmi Tayland sahillərinə yan aldıqdan sonra bir həftə aç-susuz gözlədilib, adamlardan 10-u həyatını itirib.

  Fransa Xəbər Agentliyi AFP müxbirinin görüşdüyü qaçqınlar Malaziyaya getmək istədiklərini bildiriblər. Malaziya hökuməti isə təxminən 600 immiqrantın da olduğu iki gəmini geri göndərdiyini bildirib.

  Qeyd edək ki, Malaziya sahillərinə yan alan gəmilər içməli su ilə təmin edildikdən sonra öz ölkələrinə göndərilir.

  Bütün bunlarla belə, hər il Banqladeş və Myanmarda minlərlə qaçqın dəniz yoluyla Malaziya və İndoneziyaya keçmək üçün yola çıxır, amma bir qismi mənzil başına çata bilmədən ölürlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr