Makedoniya hökuməti 2 gün yas elan edib

Həyatını itirənlərin sayı 22-yǝ yüksəldi.

269516
Makedoniya hökuməti  2 gün yas elan edib

Makedoniya hökuməti polislər üçün 2 gün yas elan edib
Makedoniyanın şimalında, Alban əhalinin sıx olaraq yaşadığı Kumanova qəsəbəsində,

silahlı bir qrup ilə cümə axşamından bu yana davam edən qarşıdurmada həyatını itirənlərin sayı 22-yǝ yüksəldi.
Qarşıdurmalarda 8 polis həlak olub , 37 polis də yaralanıb.
Makedoniya hökuməti polislər üçün 2 gün yas elan edib. Prezident Georgi İvanov isǝ Moskva səfərini yarıda kəsərǝk

Milli Təhlükəsizlik Məclisini yığıncağa çağırıb. Baş nazir Nikola Gruevski isə, silahlı qrupa qarşı aparılan əməliyyatda,

40 nǝfǝrin tutulduğunu qeyd edib. Skopye rəhbərliyinə reaksiyasını göstǝrǝn Kosova, Alban əhalisinin hədəf alındığını müdafiə edib.

Qarşıdurmaların yaşandığı bölgədən xalq azad edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr