İsveçdən yola çıxan balıqçı gəmisi Qəzzaya gedir

İsveç və Norveç fəalları İsrailin Qəzzaya istiqamətli mühasirəsini qırmaq məqsədiylə İsveçin Göteborg şəhərindən bir balıqçı gəmisiylə yola çıxıb.

269787
İsveçdən yola çıxan balıqçı gəmisi Qəzzaya gedir

  İsrail əsilli İsveç vətəndaşı Dror Feilerin də aralarında olduğu 13 fəal humanitar yardım yüklü "Marianne" adlı balıqçı gəmisiylə iyunun ortasında Qəzzaya çatmağı planlaşdırır.

  “Marianne”ın media məsulu Mikael Karlsson İsrail əsgərləri tərəfindən, xüsusilə, fələstinli balıqçılara zülmə etiraz etmək üçün balıqçı gəmisiylə yola çıxdıqlarını bildirib və "Əgər İsrail mühasirəsini qırsa və Qəzzaya çatsa, gəmini fələstinli balıqçılara hədiyyə edəcəyik" deyib.

  Karlsson Qəzzaya tətbiq olunan insanlıq xarici embarqoya qəti şəkildə etiraz bildirir və qeyd-şərtsiz bu müharibə sona çatana qədər hər il bu səfəri edəcəklərini söyləyib.

  “Mavi Mərmərə” gəmisində ölən Türk vətəndaşlarını da unutmadıqlarını vurğulayan Karlsson Qəzzaya çatdıqları zaman bu məsələni yenidən dünya gündəminə gətirəcəklərini və müxtəlif anma mərasimləri təşkil edəcəklərini bildirib.

  Xatırladaq ki, İsrailin Qəzzaya istiqamətli mühasirəni qırmaq üçün 2010-cu ildə İstanbuldan yola çıxan “Mavi Mərmərə” gəmisinə hücum zamanı 10 Türkiyə vətəndaşı həyatını itirmiş, 50-dən çox adam yaralanmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr