Makedoniyada terrora qarşı əməliyyat hәyata keçirilib

Kumanova şəhərində silahlı bir qrupa qarşı әmәliyyat tәşkil edib.

269097
Makedoniyada terrora qarşı əməliyyat hәyata keçirilib

Makedoniyada terrora qarşı əməliyyat hәyata keçirilib.

Makedoniyada polis, Albanların sıx yaşadıqları Kumanova şəhərində silahlı bir qrupa qarşı әmәliyyat tәşkil edib.
Silahlı qrupun atəş açması nəticəsində çıxan qarşıdurmada, 5 polis işçisi həyatını itirib, 30 polis yaralanıb. 22 quldur saxlanıb. Mühasirəyә salınan bölgədə yaşayanlar evakuasiya edilib.

Daxili İşlər Nazirliyi nümayәndәsinin mәlumatına görә əməliyyat xaricdәn ölkәyә sızan bir qrup terrorçunun dövlət təşkilatlarına hücum təşkil edәcәklәrinә dair kəşfiyyat nәticәsindә hәyata keçirilib.
Paytaxt skopyә 40 kilometr mәsafәdә yerlәşәn Bölgədə 50 nəfərdәn ibarәt silahlı qrupun olduğu qeyd edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr