2014-cü ildǝ 38 milyon insan evlǝrini tǝrk etmǝli olub

2014-cü ildǝ evlǝrini edilǝnlǝrin sayı ǝvvǝlki illǝ müqayisǝdǝ 4 milyon 700 min artım göstǝrǝrǝk 38 milyona çıxıb.

264388
2014-cü ildǝ 38 milyon insan evlǝrini tǝrk etmǝli olub

Norveçdǝ Mühacir Şurası tǝrkibindǝki Ölkǝ daxilindǝ didǝrgin edilmǝ mǝrkǝzinin qeyri-hökumǝt tǝşkilatları vǝ rǝsmi idarǝlǝrdǝn ǝldǝ etdiyi mǝlumatlara ǝsaslandıraraq hazırladığı hesabatı BMT-nin Cenevrǝ ofisindǝ açıqlanıb.
Hesabata ǝsasǝn, 2014-cü ildǝ evlǝrini edilǝnlǝrin sayı ǝvvǝlki illǝ müqayisǝdǝ 4 milyon 700 min artım göstǝrǝrǝk 38 milyona çıxıb.
Bu insanların 60 faizi Cǝnubi Sudan, Suriya, Demokratik Konqo Cümhuriyyǝti vǝ Nigeriya vǝtǝndaşıdır.
Hesabata görǝ keçǝn il hǝr gün 30 min insan ölkǝsindǝki qarşıdurmalar vǝ şiddǝt sǝbǝbindǝn evini tǝrk etmǝli olub.
Qeyd edǝk ki, 2014-cü ildǝ 2 milyon iraqlı, 7 milyon 600 min suriyalı vǝ 646 min 500 ukraynalı evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr