NATO Şimal dǝnizindǝ hǝrbi tǝlim keçirir

NATO Şimal dǝnizindǝ tarixinin ǝn böyük sualtı tǝlimlǝrindǝn birini hǝyata keçirir.

262811
NATO Şimal dǝnizindǝ hǝrbi tǝlim keçirir

NATO Şimal dǝnizindǝ tarixinin ǝn böyük sualtı tǝlimlǝrindǝn birini hǝyata keçirir.
Türkiyǝnin dǝ aralarında olduğu 11 ölkǝnin iştirak etdiyi “Çevik firon siçanı” adlı tǝlimǝ NATO-ya üzv olmayan İsveç dǝ qatılır.
Hǝrbi tǝlimdǝ radarların çǝtinlik çǝkdiyi Norveç fiordlarında sualtı obyektlǝrin aşkarlanması vǝ mǝhv edilmǝsi ǝmǝliyyatları hǝyata keçirilir.
Müşahidǝçilǝr tǝlimin rus sualtı tǝhdidinǝ hazırlıq mǝnası daşıdığını bildirirlǝr.
NATO üzvü Latviya keçǝn ay sahili suları yaxınlığında bir rus sualtı obyekti aşkar etdiyini açıqlamışdı.
Finlandiya isǝ keçǝn hǝftǝ sahil boyunca müǝyyǝn edilǝ bilmǝyǝn bir sualtı obyekti aşkarladığını bildirib.
Rusiya döyüş tǝyyarǝlǝrinin son aylarda Skandinav vǝ Baltık hava mǝkanı sǝrhǝdlǝrini dǝfǝlǝrlǝ tapdaladığı irǝli sürülüb.
Mütǝxǝssislǝrin fikrincǝ Rusiya NATO-nun Finlandiya vǝ İsveç ilǝ yaxınlaşmasından narahatdır.
Rǝsmi Moskva qisas olaraq Çin ilǝ Aralıq dǝnizindǝ birgǝ hǝrbi tǝlim keçirmǝ qǝrarı alıb. Bu tǝlimdǝ 9 döyüş gǝmisi qatılacaq.
NATO fevralda Polşa, Rumıniya vǝ Bolqarıstan kimi Rusiyaya yaxın Şǝrqi Avropa ölkǝlǝrindǝ 6 yeni komanda mǝrkǝzi qurmağı qǝrara alıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr