İsraildə 2 fələstinli öldürülüb
Polis tərəfindən stintaq başladılıb, araşdırma aparılır
262072
İsrailin Tel-Əviv və Lod şəhərlərində 2 fələstinli, naməlum şəxslər tərəfindən təşkil edilən silahlı hücum nəticəsində həyatını itirib. İsrailin “Kanal 2” telekanalının xəbərinə görə, Tel-Əvivin Beyt Yam bölgəsində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində 1 fələstinli gənc ölüb. Bundan başqa Lod şəhərində, daha bir fələstinli gənc vurularaq öldürülüb. Hücumlarla əlaqədar İsrail polisi tərəfindən istintaq başladılıb, araşdırma aparılır.
Әlaqәli Xәbәrlәr

Jen Psaki : “İranın cavabı bizi məyus etdi”
Jen Psaki İranın Avropa İttifaqının təklifini qəbul etməməsinə münasibət bildirib.