Dünya ölkələri Suriya üçün Cenevrədə

Birləşmiş Millətlər Təşkilatının Suriyadakı rejim və müxalifətçilərlə ayrı-ayrılıqda edəcəyi danışıqlar İsveçrənin Cenevrə şəhərində başlayıb.

262941
Dünya ölkələri Suriya üçün Cenevrədə

  Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Staffan De Mistura bildirib ki, “Danışıqlara Əsəd rejimindən olan nümayəndələr və silahlı müxalifətçilər də daxil olmaqla 40-dan çox qrup, o cümlədən, qonşu ölkələrdən və BMT Təhlükəsizlik Şurasının təxminən 20 regional və beynəlxalq üzvü də dəvət edilib”.

  Dünya ölkələri nümayəndələri və mütəxəssislər səviyyəsində olacaq danışıqların 5-6 həftə sürəcəyi gözlənilir.

  Suriyanın Müxalifətçi və İnqilabçı Güclər Milli Koalisiyası isə Cenevrə danışıqlarına 7 mayda qatılacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr