ABŞ dövlət katibi Con Keri, Somaliyə səfər edib
Səfər zamanı, Əş-şəbbab terror təşkilatı ilə mübarizə yolları müzakirə olunub
262780
ABŞ dövlət katibi Con Keri, Somaliyə səfər edib.
Kerrini Mogadişo hava limanında, prezident Həsən Şeyx Mahmud qarşılayıb. Mahmud, ziyarətə görə Kerriyə təşəkkür edib.
Con Kerri, təhlükəsizlik səbəbiylə son ana qədər gizli tutulan və bir neçə saat davam edən səfər zamanı, Əş-şəbbab terror təşkilatı ilə mübarizə yollarını müzakirə edib.
Qeyd edək ki, ötən ay təşkilat, Keniyadakı Garissa Universitetinə hücum təşkil etmişdi, nəticədə 147 nəfər həyatını itirmişdi.
Con Kerri isə bu ölkəyə 100 milyon dollar həcmində yardım etməyə söz verib.
Әlaqәli Xәbәrlәr

TİKA Əfqanıstanda qadınlar üçün sex açdı
Bu barədə TİKA-nın Heratdakı ofisindən verilən açıqlamada bildirilib.