"Boko Haram" terror təşkilatına qarşı əməliyyatlar davam edir

Nigeriya ordusu, terror təşkilatının əlində olan, çoxu qadın və uşaq olmaqla 234 nəfəri xilas edib.

258534
"Boko Haram" terror təşkilatına qarşı əməliyyatlar davam edir

Nigeriyada “Boko Haram” terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Nigeriya ordusu, terror təşkilatının əlində olan, çoxu qadın və uşaq olmaqla 234 nəfəri xilas edib.
Xatırladaq ki, keçən il 14 apreldə ölkənin şimal-şərqindəki Borno əyalətinə bağlı Çibok şəhərində bir məktəbə basqın təşkil edən Boko Haram silahlıları 276 qız tələbəni qaçırmışdı.
Təşkilatın liderlərindən Əbu Bəkr Şekau hadisənin məsuliyyətini üzərinə götürmüş və qız tələbələrin məhbus Boko Haram silahlılarının sərbəst buraxılması qarşılığında azad ediləcəyini demişdi. Qızlardan 57-si qruplaşmadan qaçmağa müvəffəq olmuşdu.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr