ABŞ Dağlıq Qarabağ seçkilərinin nəticələrini tanımayacaq

Ceff Ratke: “ABŞ, Dağlıq Qarabağı müstəqil suveren bir dövlət olaraq tanımır”.

258843
ABŞ Dağlıq Qarabağ seçkilərinin nəticələrini tanımayacaq

ABŞ Dağlıq Qarabağ seçkilərinin nəticələrini tanımayacaq
Ceff Ratke: “ABŞ, Dağlıq Qarabağı müstəqil suveren bir dövlət olaraq tanımır”
ABŞ rəhbərliyi 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda mayın 3-ü keçiriləcək “parlament” seçkilərinin nəticələrini tanımayacağını bildirib.
ABŞ Dövlət Departamentinin rəsmi nümayındəsi Ceff Ratke, mətbuat konfransında mövzuyla əlaqədar sualı cavablandıraraq, “ABŞ, Dağlıq Qarabağı müstəqil suveren bir dövlət olaraq tanımır və bu səbəbdən də mayın 3-ü keçiriləcək seçkilərin nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək bir ünsür olaraq qəbul etməyəcəyik” deyə bildirib.
Ratke “Münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağın əhalisi öz gələcəyinin həllində rol oynayacaq və bu “seçkilər” Dağlıq Qarabağın qəti statusu məsələsini, yaxud münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün cari danışıqların nəticələrini heç bir halda müəyyən etmir” deyə qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr