Pakistanda Talibana qarşı hərbi əməliyyatlar davam edir

Pakistanın şimal-qərbindəki Hayber əyalətində təhlükəsizlik qüvvələri və Taliban arasında çıxan qarşıdurmalarda 27 terrorçu ölüb və biri komandir olmaqla 5 əsgər həyatını itirib.

257356
Pakistanda Talibana qarşı hərbi əməliyyatlar davam edir

  Pakistan Ordusu Mətbuat Xidmətindən verilən məlumata görə, Hayberdə Talibana qarşı hərbi əməliyyatlar uğurla davam edir, Sandapal, Tordara, Kundvala və Mehirban Killay bölgələri isə terrorçulardan tamamilə təmizlənib.

  Xatırladaq ki, Pakistan silahlı qüvvələri keçən ilin 15 iyun tarixində Şimali Veziristanda, oktyabrda isə Hayberdə talibançılara qarşı geniş hərbi əməliyyatlara başlayıb. Bu gün qədər 2500-dən çox terrorçu öldürülüb, 100-dən çox əsgər həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr