ABŞ etiraz aksiyaları davam edir

Universitet tələbələri dəmir yolu vağzalına toplanaraq bələdiyyə binasının qarşısına gediblər

256386
ABŞ etiraz aksiyaları davam edir

ABŞ-ın Baltimor şəhərində, qaradərili Fredi Qreyin polis tərəfindən nəzarətə götürüldükdən sonra həyatını itirməsi səbəbiylə, polis şiddətinə qarşı keçirilən etiraz aksiyaları davam edir.
Şəhərdə, Universitet tələbələri dəmir yolu vağzalına toplanaraq bələdiyyə binasının qarşısına gediblər. Nümayişçilər “Qaradərililərin həyatı da qiymətlidir” yazılı köynəklərdə Qrey üçün ədalət istəyiblər.
Aksiya zamanı 16 nəfər polis tərəfindən nəzarətə alınıb.
Fredi Qreyin işi ilə bağlı aparılan istintaqın nəticələri cümə günü prokurorluğa təqdim olunacaq. Prokurorlar, polisə qarşı cinayət işi açılıb açılmamasına qərar verəcək.
Qeyd edək ki, paytaxt Vaşinqton və Nyu-Yorkda da polisə qarşı etirazlar keçirilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr