Kerri Nyu-Yorkda Zǝriflǝ görüşüb

Nüvǝ silahın yayılmaması barǝdǝ sazişin növbǝti “illik gözdǝn keçirmǝ konfransı” Nyu-Yorkda başlayıb.

252902
Kerri Nyu-Yorkda Zǝriflǝ görüşüb

Dünyadakı nüvǝ silahın 90 faizindǝn artığına ABŞ vǝ Rusiya sahibdir.
Nüvǝ silahın yayılmaması barǝdǝ sazişin növbǝti “illik gözdǝn keçirmǝ konfransı” Nyu-Yorkda başlayıb.
Konfrans çǝrçivǝsindǝ ABŞ Dövlǝt katibi Con Kerri vǝ iranlı hǝmkarı Cavad Zǝrif BMT-nin Baş Assambleyasına sǝslǝniblǝr.
Kerri İranla davam edǝn nüvǝ danışıqlarında ǝsas bǝzi problemlǝrin hǝlǝ dǝ hǝllini tapmadığını ancaq yekun bir sazişǝ hǝr zaman olduğundan daha yaxın olduqlarını söylǝyib.
Dünyadakı nüvǝ silahların 90 faizindǝn artığına ABŞ vǝ Rusiyanın sahib olduğuna diqqǝt çǝkǝn Kerri ancaq Vaşinqtonun nüvǝ silah ǝhtiyatının mǝhdudlaşdırılması barǝdǝ önǝmli addımlar atdığını vurğulayıb.
İranın Xarici işlǝr naziri Mǝhǝmmǝd Cavad Zǝrif dǝ Orta Şǝrqdǝ kimyǝvi silahlardan tǝmizlǝnmiş bölgǝnin yaradılması üçün Rusiy, ABŞ vǝ İngiltǝrǝnin cǝhd göstǝrmǝlǝrinin vacibliyini dilǝ gǝtirib.
BMT-dǝki yığıncaqdan sonra Kerri vǝ Zǝrif arasında mǝtbuata qapalı görüş keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr