Bosniya və Herseqovinada polis bölməsinə silahlı hücum təşkil ed

Hadisə nəticəsində bir polis həyatını itirib, 2-si isə yaralanıb

253782
Bosniya və Herseqovinada polis bölməsinə silahlı hücum təşkil ed

Bosniya və Herseqovinanın Zvornik şəhərində polis bölməsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində bir polis həyatını itirib, 2-si isə yaralanıb. Yaranan silahlı qarşıdurma zamanı cinayətkar da həyatını itirib. Daha sonra bir nəfər polis tərəfindən nəzarətə alınıb. Polislərdən birini öldürdükdən sonra, özü də güllələnən cinayətkarın 24 yaşlı Nerdin İbriç olduğu açıqlanıb.
Araşdırma zamanı İbriçin atasının 1992-ci ildə Bosniya müharibəsi başladıqda Zvornik şəhərində Serb polisi tərəfindən öldürüldüyü məlum olub.
Serb Respublikasının Prezidenti Milorad Dodik, hücumun dərhal ardından Serbiyada kömək tələb edib.
Serbiya prezidenti Aleksandr Vuçiç də öz növbəsində Serb Respublikasına yardım edəcəklərini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr