Zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb

Nepalda baş verən faciədə 200 mindən çox insan zərər çəkib.

251594
Zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb, 6000 nəfərə yaxın yaralı var. Təbii fəlakət nəticəsində 5 mindən artıq ev tamamilə dağılıb, 200 mindən çox insan zərər görüb. Rəsmilər ölü sayının 10 mini ötəcəyindən narahatlıqlarını ifadə ediblər.
Bu arada digər bir narahatlıq isə cəsədlərin küçədə və dağıntılar altında qalması səbəbilə yolxucu xəstəliklərin yayılma qorxusudur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr