Obamanın 24 aprel ilə bağlı şərhinin əks-sədaları

ABŞ-ın prezidenti Barak Obamanın, ermənilərin 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul etdikləri 24 aprel ilə bağlı şərhinin əks-sədaları davam edir.

249269

ABŞ Dövlət Katibliyinin sözçüsü Marie Harf, prezident Obamanın tarixi hadisələrlə əlaqədar çıxışını “çox güclü” ifadəsi ilə şərh edib.
Marie Harf “Bəzilərinin bizdən fərqli yanaşma gözlədiklərini bilirik, amma biz doğru yolda olduğumuza inanırıq” deyə vurğulayaraq, Vaşinqton rəhbərliyinin mövqeyinin dəyişmədiyini bildirib.
Ağ ev sözçüsü Josh Earnest isə bildirib ki, prezident bəyanatında 1915-ci il hadisələri ilə bağlı “Böyük Fəlakət” ifadəsindən istifadə edən Obama tarixi gerçəklərin qəbul edilməsinin dəyərli olduğuna inanır.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr