UNİCEF-in "İtirilən uşaqlar" hesabatı

“Boko Haram” terror qruplaşmasının qəddarlığı nəticəsində ən çox ziyan çəkən uşaqlar olub

242751
UNİCEF-in "İtirilən uşaqlar" hesabatı

Nigeriyada “Boko Haram” terror qruplaşmasının qəddarlığı nəticəsində ən çox ziyan çəkən uşaqlar olub. Bu səbəblə evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 800 minə çatıb. BMT-nin Uşaq fondu UNİCEF, uşaqların bu yaşadıqlarını “İtirilən uşaqlar” hesabatında açıqlayıb. Fond, “Boko Haram” tərəfindən 275 şagirdin qaçırılmasının 1-ci il dönümündə nəşr etdiyi hesabatda, 2009-cu ildən bu zamana qədər qruplaşmanın qəddarlığından qaçan 1 milyon 500 min Nigeriyalıdan, 800 mininin uşaq olduğunu açıqlayıb. Hesabatda evlərini tərk etmək məcburiyyətində qalanlardan 1 milyon 200 mininin ölkə daxilində digər bölgələrə, 200 mininin isə qonşu ölkələrə sığındığı qeyd edilib. Ümumilikdə 15 min nəfərin həyatını itirdiyi vurğulanan sənəddə, ötən il ölkədəki 300 məktəbə hücum təşkil edildiyi, 196 müəllim, 314 şagirdin öldürüldüyü bildirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr