İran BMT-yǝ çağırış edib

İran Yǝmǝndǝki vǝziyyǝtlǝ bağlı olaraq BMT-yǝ çağırış edib.

240197
İran BMT-yǝ çağırış edib

İran Yǝmǝndǝki vǝziyyǝtlǝ bağlı olaraq BMT-yǝ çağırış edib.
İranın xarici işlǝr naziri Cavad Zǝrif BMT-nin Baş katibi Pan Gi Muna mǝktub ünvanlayaraq Sǝudiyǝ Әrǝbistanı başçılığında hǝyata keçirilǝn ǝmǝliyyatın dayandırılmasını vǝ tǝcili olaraq atǝşkǝs tǝmin edilmǝsini istǝyib.
Zǝrif mǝktubunda deyib ki, koalisiya qüvvǝlǝrinin hava zǝrbǝlǝri Yǝmǝndǝki vǝziyyǝti daha da ağırlaşdırıb. Bu ǝmǝliyyat beynǝlxalq hüquqa ziddir. Hava zǝrbǝlǝri ümumilikdǝ dinc ǝhalinin yaşadığı yerlǝrǝ, mǝktǝb, xǝstǝxana, yol vǝ fabriklǝrǝ endirilir. Hücumlar zamanı dinc ǝhalidǝn xeyli insan hǝyatını itirdi.
“Yǝmǝndǝki vǝziyyǝtdǝn terrorçu qruplar faydalanır. Beynǝlxalq ictimaiyyǝt buna daha çox müdaxilǝ etmǝlidir. Ölkǝdǝ atǝşkǝs tǝmin edilmǝli, xarici hǝrbçilǝrin hücumları dayandırılmalı vǝ Yǝmǝn xalqına tǝcili humanitar yardım çatdırılmalıdır” –deyǝ İran xarici işlǝr naziri vurğulayıb.
Bütün tǝrǝflǝrin daxil olacağı müzakirǝ prosesinin yenidǝn başladılmasını tǝklif edǝn Zǝrif ayrıca, tǝrǝflǝrin yer alacağı milli birlik hökumǝtinin qurulmasını istǝyib.
BMT Baş katibi Mun da ötǝn gün Vaşinqtonda etdiyi çıxışda Yǝmǝndǝki tǝrǝflǝri “tǝcili atǝşkǝs” elan etmǝyǝ çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr