Yaponiyada yeni balina ovu proqramı
Ov qadağasına baxmayaraq elmi araşdırma adı ilə balina ovlamağa davam edən Yaponiya beynəlxalq təzyiqlərə qarşı ov sayını azaldacağını, 1035-dən 333-ə endirəcəyini bildirib.
236022
Birləşmiş Millətlər Təşkilatına bağlı Haaqa Beynəlxalq Ədalət Məhkəməsi keçən il Yaponiyanı məhkəməyə verən Avstraliyanı haqlı qəbul edərək yapon balıqçılarının Antarktidadakı balina ovunu dayandırması üçün hökm vermişdi.
Amma Yaponiya "elmi tədqiqat" adı altında bildiyini edir: “Fabrika-gəmi” deyilən nəhəng ölçülü gəmilərində balinaları ovlayar-ovlamaz konserv halına gətirir.
Qeyd edək ki, Yaponiyadan başqa bu cür balina ovçuluğunu Norveç və İslandiya da edir.
Әlaqәli Xәbәrlәr

BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb
Birləşmiş Millətlər Təşkilatının İraqadakı missiyasının (UNAMİ) mandatı bir il uzadılıb.