ABŞ-da etiraz aksiyaları

Nyu-Yorkda yüzlərlə vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçirib.

236131
ABŞ-da etiraz aksiyaları

Nyu-Yorkda yüzlərlə vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçirib.
Nümayişçilər etiraz zamanı daha əvvəl saxlanılarkən polis tərəfindən öldürülən Erik Qarner və Uolter Skotun adını səsləndiriblər. Aksiya Manhettenin ən böyük meydanlarından biri olan “Union Square”də başlayıb, daha sonra onlar Bruklin körpüsündən keçərək avtonəqliyyatın hərəkətinə qismən maneə törədiblər. Aksiya təşkilatçıları analoji tədbirin ABŞ-ın 28 rayonunda keçirildiyini qeyd ediblər.
Son vaxtlar ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayı artıb. Xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında xüsusi narahatlıq yaradıb.
Sonuncu hadisə isə bu ilin aprelində Cənubi Karolina ştatında Çarlston şəhərində baş verib. Həmin vaxt polis Maykl Sledcer 50 yaşlı yerli sakin Uolter Skotun kürəyinə 50 dəfə atəş açıb. Yayılan videogörüntüdə hadisə zamanı ölən şəxsin silahsız olduğu görünür.

San Fransiskoda keçirilə etiraz aksiyası isə hadisə baş vermədən sona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr