219 nəfər məktəbli qız üçün səssiz etiraz aksiyayı keçirilib

Boko Haram terror təşkilatı tərəfindən qaçırılan 219 nəfər məktəbli qız üçün səssiz etiraz aksiyayı keçirilib.

235479
219 nəfər məktəbli qız üçün səssiz etiraz aksiyayı keçirilib

Boko Haram terror təşkilatı tərəfindən qaçırılan 219 nəfər məktəbli qız üçün səssiz etiraz aksiyayı keçirilib.
Qızların qaçırılmasının birinci ildönümü münasibətiylə, ağızlarını qırmızı lentlə bağlayan aksiyaçılar, paytaxt Abujanın mərkəzi küçələrinə çıxıb.
"Qızlarımızı geri gətirin" şüarı səsləndirən nümayişçilər, Nigeriyanın yeni prezidenti Muhammadu Buxaridən qızların qaytarılmasını təmin edəcək siyasi səy göstərməsini tələb ediblər.
Xatırladak ki, ötən il aprelin 14-də “Boko Haram” döyüşçüləri Nigeriyanın ucqar şimal-şərqi Çibok kəndində yerləşən orta məktəbə hücüm edərək oradan 270 məktəbli qızı qaçırmışdılar. Onlardan bəziləri sonradan qaçaraq xilas olmağı bacarmışdır.
219 nəfər qız isə hələ də itkin sayılır.
Bu arada BMT Uşaq Fondu UNICEF yeni hesabatında Boko Haramın 1 milyon yarım insanı evsiz-eşiksiz qoyduğunu, onlardan yarısını uşaqların təşkil etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr