Almaniyada mühacirlәrin yaşadıqları binaya hücum edilib

Hessen əyalətində, qaçqınların yaşadıqları düşərgəni şəxsiyyəti hələ ki məlum olmayan bir və ya bir necə nəfər hava silahıyla atəşə tutub.

234561
Almaniyada mühacirlәrin  yaşadıqları  binaya  hücum edilib

Almaniyanın Hessen əyalətində, 22 qaçqının yaşadığı düşərgəni şəxsiyyəti hələ ki məlum olmayan bir və ya bir necə nəfər hava silahıyla atəşə tutub.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Ötən il ərzində Almaniyada analoji hadisələrin artdığı bildirilir.

Ölkənin qərbində 70 , ümumilikdə isə 162 hücum təşkil edilib.

Ötən həftə Saksoniya-Anhalt əyalətində, qaçqınlar üşün tikilən yeni bina yanaraq, yararsız hala gəlmişdi.

Saksoniya-Anhalt Əyaləti Kriminal şöbənin rəisi Yurgen Şmökel, hadisəyə bağlı şahidlik edənlərə 20 min avro mükafat veriləcəyini açıqlayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr