ABŞ Konqresində intihar

Paytaxt Vaşinqtondakı Konqres binasının yerlәşdiyi Capitol Hilldə qanlı hadisә baş verib.

234080
ABŞ Konqresində intihar

ABŞ-da Konqres binasının yaxınlarında eşidilәn silah səsləri çaxnaşmaya səbəb oldu.
Paytaxt Vaşinqtondakı Konqres binasının yerlәşdiyi Capitol Hill (KEPITIL Hiili)də silah sәslәrindәn sonra, Konqresin ətrafını və bəzi yolları bir müddәt get-gәlә bağlayan polis tәhlükәli vәziyyәtin olmadığını, silah sәsinin birinin özünә qәsd etmәsindәn qaynaqlandığını bildirib.
Terrorla әlaqәli olmayan hadisə, paytaxtda turistlərin sıx olduğu Albalı Çiçəkləri Festivalının davam etdiyi әsnada yaşandığı üçün panikaya sәbәb olub. Təhlükəsizlik səbəbiylə giriş-çıxışlar dayandırılan Konqres binası da bir müddət sonra yenidәn açılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr