Co Bayden: DEAŞ zəifləyir

Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden DEAŞ-a qarşı mübarizədə əldə olunan uğurlara dair hesabat xarakterli çıxış edib.

232708
Co Bayden: DEAŞ zəifləyir

Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden DEAŞ-a qarşı mübarizədə əldə olunan uğurlara dair hesabat xarakterli çıxış edib. Bayden qeyd edib ki, anti-DEAŞ koalisiyasının dəstəyi ilə bu qruplaşmanın məğlubedilməzlik aurası məhv edilib. Bayden bununla belə, DEAŞ-a qarşı mübarizənin davam etdirilməsini də vacib hesab edib.

Bayden “8 ay əvvəl DEAŞ İraqın hər bir nöqtəsində hücumçu mövqeyində idi. Heç bir qüvvə bu qruplaşmaya qarşı baş-başa mübarizə aparmaq iqtidarında deyildi. Lakin bizim köməkliyimizlə bu gün DEAŞ hökmranlıq etdiyi ərazilərin əksəriyyətinə nəzarəti itirib. Silahlıların səfərbər olub manevr etmək qabiliyyəti zəifləyib. Liderlər öldürülüb. Silah-sursat, təchizat yolları bağlanıb və silahlıların əksəriyyəti döyüşməkdən imtina etməyə başlayıblar” deyib.

Bu arada , DEAŞ üzvlərinin Tikritin ed-Duceyl rayonuna hücumu zamnaı 4 nəfər ölüb, 24 isə yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr