Obam İranla imzalanan sazişi dәstәklәyir

Prezidenti Barak Obama Senatda bu məsələdə kilid adlardan biri olan Respublikaçı senator Bob Korkirlə telefon danışığı aparıb.

231973
Obam İranla  imzalanan sazişi dәstәklәyir

12 il davam edən danışıqlardan sonra, Aprelin 2 İsveçrənin Lozanna şəhərində İranın nüvə proqramına dair razılıq əldə edilmişdir. Yekun razılaşmanın isə İyunun 30 qədər imzalanması nəzərdə tutulub.
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Senatda bu məsələdə kilid adlardan biri olan Respublikaçı senator Bob Korkirlə telefon danışığı aparıb.
Obama, Senator Korkirin bu məsələyə yanaşma tərzinə hörmət etdiyini, İranın nüvə silahı istehsal etməsinin qarşısının alınmasının ən yaxşı yolunun diplomatiya olduğunu bildirib.
Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Korkir , İranla istənilən müqaviləni Konqres tərəfindən təsdiqlənməsini şərt gətirən qanun layihəsini təqdim etməyə hazırlaşır.
Obamanın isə bu qanuna qarşı çıxacağı və Konqresdən keçəcəyi dəqdirdə veto qoyacağı ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr