Daha 4 komandir hǝrbi mǝhkǝmǝyǝ göndǝrilib

Qarşıdurmaların yaşandığı Yǝmǝndǝ vǝzifǝdǝn çıxarılan daha 4 komandir hǝrbi mǝhkǝmǝyǝ göndǝrilib.

228672
Daha 4 komandir hǝrbi mǝhkǝmǝyǝ göndǝrilib

Qarşıdurmaların yaşandığı Yǝmǝndǝ vǝzifǝdǝn çıxarılan daha 4 komandir hǝrbi mǝhkǝmǝyǝ göndǝrilib.
Yǝmǝn prezidenti Hadi daha 4 komandiri vǝzifǝsindǝn kǝnarlaşdırıb. Hǝmin komandanların husilǝrlǝ yaxın ǝlaqǝ saxladıqları bildirilib.
Prezident Hadi bazar günü Baş Qǝrargah rǝisinin dǝ aralarında olduğu 3 komandiri vǝzifǝdǝn çıxarmışdı.
Digǝr tǝrǝfdǝn Sǝudiyǝ Әrǝbistanının başçılığındakı koalisiyaya mǝxsus döyüş tǝyyǝrǝlǝri husilǝrin nǝzarǝtindǝki Aned hǝrbi bazasına hava zǝrbǝsi endirib.
Ölkǝnin cǝnubunda isǝ husilǝr ilǝ prezident Hadiyǝ dǝstǝk verǝn qruplar arasında toqquşmaların davam etdiyi bildirilib. Toqquşmalar zamanı 64 husi öldürülüb.
BMT ölkǝdǝki toqquşmaların qarşısını almaq üçün görüşlǝrin keçirildiyini açıqlayıb.

Digǝr tǝrǝfdǝn Xarici İşlǝr naziri Mevlüt Çavuşoğlu Yǝmǝndǝki vǝziyyǝtlǝ bağlı deyib ki, Türkiyǝ çox önǝmli bir rol götürǝ bilǝr, vasitǝçilik edǝ bilǝr. Müzakirǝ mövzusunda da önǝmli dǝstǝk verǝ bilǝrik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr