Antalyaya gələn Hollandiyalı gənc qız saxlanılıb

DAİŞ-ə qatılmaq üçün Antalyaya gələn Hollandiyalı gənc qız saxlanılıb.

229079
Antalyaya gələn Hollandiyalı gənc qız saxlanılıb

Terror təşkilatı DAİŞ-ə qatılmaq üçün Antalyaya gələn Hollandiyalı gənc qız saxlanılıb.

İnterpol tərəfindən axtarışda olan gənc qız, Manavgat Jandarma Komandirliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində saxlanılıb.

Nəzarətə alınan 27 yaşlı qızın, DAİŞ-ə qatılmaq üçün Türkiyədən Suriyaya keçmək niyyətində olduğu bildirilir.

Hollandiyalı gənc qız, Antalya Təhlükəsizlik Müdirliyi Xaricilərlə iş üzrə Şöbə Müdirliyinə təslim edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr