Okeanın ortasından 66 gün sonra sağ qurtarıldı

ABŞ-ın Şimali Karolina (Carolina) sahillərində 66 gün əvvəl itən 37 yaşlı Lui Cordan (Louis Jordan) xilas edilib.

224672
Okeanın ortasından 66 gün sonra sağ qurtarıldı

  Balıq ovlamaq üçün yanvar ayında dənizə çıxan Cordandan xəbər ala bilməyən ailəsi onun itkin düşməsi barədə xəbər vermişdi.

  66 gündür axtarılan balıqçı tərs dönən təknəsinin üzərində oturan vəziyyətdə tapılıb.

  Cordan qayıq və avadanlıq zədələndiyi üçün quruya çıxa bilmədiyini, çiy balıq yeyib yağış suyu içərək həyatda qalmağı bacardığını danışıb.

  Xəstəxanaya aparılan balıqçının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr