Fransada düşən təyyarənin ikinci qara qutusu tapılıb

Barcelona-Düsseldorf səfəri zamanı 24 mart tarixində Fransada düşən sərnişin təyyarəsinin ikinci qara qutusu ortaya çıxıb.

224251
Fransada düşən təyyarənin ikinci qara qutusu tapılıb

  Qəzanın meydana gəldiyi gün olan ilk qara qutudakı kokpit, yəni təyyarəçi sükanı qeydlərinin araşdırılması nəticəsində köməkçi pilotun təyyarəni qəsdən saldığı təsbit edilmişdi.

  Saat 10.27-də Lubitzə tualetə gedəcəyini söyləyən kapitan-pilot kokpitı tərk etdıkdən 3 dəqiqə sonra - 10.30-da təyyarənin sürətlə hündürlükdən enməyə başladığı aydın olur.

  Bir neçə dəqiqə sonra kokpit qapısını döyən kapitan-pilotun "Aç bu lənət qapını. Hər kəs qorxur. Qışqırır" dediyi eşidilir.

  Səs qeydləri 10.40-da qışqırıq səslərilə sona çatır.

  Hadisə yerinə gələn “Lufthansa” və “Germanwings” şirkətlərinin nümayəndələri hər gün yeni bir dəlil əldə etdiklərini, ancaq məsələnin tam aydınlanmasının aylar sürəcəyini bildiriblər.

  Fransa hökuməti bölgəyə yeni bir axtarış qrupu göndərib.

  Köməkçi təyyarəçi Andreas Lubitzin kompüterini araşdıran intintaq qrupu onun qəzadan qısa zaman əvvəl kokpit qapılarının təhlükəsizliyi ilə əlaqədar araşdırma etdiyi və intihar mövzulu yazılar oxuduğunu məlumat verib.

  Lubitzlə əlaqədar başqa iddia isə keçən il gözləri yaxşı görmədiyi üçün ciddi bir yol qəzası keçirdiyi barədədir.

  Digər tərəfdən, “Lufthansa”nın sərnişinlərin milliyyətinə və bilet ödənişlərinə görə fərqli miqdarlar aldığı yeni bir müzakirə mövzusu olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr