Maaşlar azaldığı üçün tətil

Argentinada bütün nəqliyyatda olan tətil həyatı iflic vəziyyətinə salıb.

290314
Maaşlar azaldığı üçün tətil

  Hökumət işçilərin maaşlarını azaltdığı üçün peşə sahibləri tətil ediblər.

  Paytaxt Buenos Airesdə edilən 1 günlük tətil zamanı bütün nəqliyyat növlərinin - təyyarə, qatar, tramvay, metro və avtobusların sürücüləri çalışmayıblar, təkcə bəzi taksilər xidmət veriblər.

  Ölkədaxili uçuşların həyata keçirildiyi Horq Nyuberi (Jorge Newbery) hava limanında da tətil səbəbindən təyyarələr havaya qalxmayıb.

  Peşə sahibləri hökumətin maaşları əvvəlki qaydasına salmaq sözünü eşitməyincə tətilə davam edəcəklərini bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr