"Avropa İttifaqının maraqları bizimkinə uyğun gəlmir", G.B.Svein

İslandiyanın Xarici İşlər naziri Gunnar Bragi Sveinsson "Avropa İttifaqına (Aİ) üzvlük müraciətini geri çəkmə qərarımız doğrudur, ancaq bu, digər ölkələr üçün nümunə olmamalıdır" deyib.

287820
"Avropa İttifaqının maraqları bizimkinə uyğun gəlmir", G.B.Svein

  Nazir Sveinsson bildirib ki, “Üzvlük müraciətinin geri götürülməsinin əsas səbəblərindən biri balıqçılıqla bağlıdır. İslandiyada balıqçılıq iqtisadiyyatın təməli və insanların həyatının bir parçasıdır. Avropa İttifaqının balıqçılıq siyasəti İslandiyanın maraqlarına uyğun gəlmir. İttifaqın balıqçılıq siyasətində problemlər var, amma İslandiyanın bu mövzuda ona güzəşt etməsi məntiqli deyil."

  Xatırladaq ki, Şimali Atlantika ilə Şimali Buzlu dənizi arasında yerləşən, 326 min əhalisi olan İslandiya bu ay Avropa İttifaqına üzvlük müraciətini geri götürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr