Dünya saatı tәdbirinә böyük maraq göstәrilib
172 ölkə, iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün "Dünya saatı" tәdbirinә qatılıb.
286167
Dünyanın fərqli bölgәlәrindәn 172 ölkə, iqlim dəyişikliyi probleminə diqqət çəkmək üçün "Dünya saatı" tәdbirinә qatılıb.
Amerikadan Avropaya, Asiyadan Uzaq şərqə kimi müxtəlif ölkələrdən tәdbirә dəstək verən şəhərlər dəqiqələrcә işıqlarını söndürüblәr.
Amerika Birləşmiş Ştatlarındakı Empire State binası, Fransadakı Eyfel Qülləsi, Yunanıstandakı Akropolis və İtaliyadakı Kolezyum kimi bir çox məşhur quruluş bir neçә dәqiqә işiqlarını söndürәrәk qaranlıqda qalıb.
Türkiyədə də təşkil edilən tədbirlər çərçivəsində Dolmabahçe Sarayı, Bəylərbəyi Sarayı, Ayasofya Muzeyi, Küçüksu Qәsrı, Topkapı Sarayı, Qalata Qülləsi, Ortaköy Məscidi və Boğaziçi Körpüsünün də olduğu çox sayda monumental tikintinin işıqları bir saat söndürüldü.