Beynəlxalq hava limanında tәyyarә qәzaya düşüb

Air Kanada aviaşirkətinə məxsus A320 sərnişin təyyarəsi qәzaya uğrayıb.

286504
Beynəlxalq hava limanında  tәyyarә   qәzaya  düşüb

Air Canada aviaşirkətinə məxsus A320 sərnişin təyyarəsi Kanadanın Halifaks şəhərindəki beynəlxalq hava limanında uçuş-enmə zolağından çıxıb. Qəza enişi nəticəsində yaralanan 25 nəfər müxtəlif xəstəxanalarda yerləşdirilib.
Martın 28-də Torontodan uçan təyyarədə 132 sərnişin və 5 ekipaj üzvü olub. Qəzaya güclü qar yağışı nəticəsində gecə vaxtı görüntünün pis olması sәbәb olub. Təyyarədə olan, qәza nәticәsindә çiynindən və çənəsindən yüngül yaralanan kanadalı biznesmen Mayk Maqnusun mәlumatına görә təyyarə enmə vaxtı elektrik xətlərinə toxunaraq işıqların sönməsinə səbəb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr