"Təyyarə köməkçi pilot tərəfindən qəsdən salınıb"

Çərşənbə axşamı günü 150 adama məzar olan təyyarə ilə bağlı “köməkçi təyyarəçi tərəfindən qəsdən salınıb” iddiası səngimək bilmir.

284194
"Təyyarə köməkçi pilot tərəfindən qəsdən salınıb"

  Təyyarənin düşməsinə məsul sayılan köməkçi təyyarəçi ilə əlaqədar sirr pərdəsi aralanmaya başlayıb.

  Almaniyanın “Bild” qəzeti Andreas Lubitzin 6 il əvvəl depressiyadan əziyyət çəkdiyini, müalicəsinin 1 yarım il davam etdiyini yazıb.

  Köməkçi təyyarəçinin evində edilən axtarış zamanı həqiqətən antidepressiya dərmanları tapılıb.

  Təyyarəçinin köhnə qız dostu da Lubitzin 6 ildir depressiyaya düşdüyünü və müalicə aldığını təsdiqləyib.

  Almaniyanın baş naziri Angela Merkel Fransada davam edən istintaqı dəstəkləmək üçün hər cür kömək etməyə hazır olduqlarını açıqlayıb. Merkel köməkçi təyyarəçinin davranışlarını araşdırmaq üçün əhatəli bir tədqiqat aparılmasının lazım olduğunu bildirib.

  Fransaya Amerika Federal Araşdırma Bürosu FBI-dən də kömək təklifi gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr