4 komandirə "Ukrayna Qəhrəmanı" adı verilib

Ukrayna prezidenti Pyotr Poroşenko, ordu komandirləri ilə görüşüb.

278514
 4 komandirə "Ukrayna Qəhrəmanı" adı verilib

Ukrayna prezidenti Pyotr Poroşenko, ordu komandirləri ilə görüşüb.
Poroşenko şərqdəki qarşıdurmalarda qəhrəmanlıq nümayiş etdirən 4 komandirə "Ukrayna Qəhrəmanı" adı verib.
Mərasimdə çıxış edən Ukrayna dövlət başçısı, ötən ilin avqust ayında silahlı qüvvələr tərəfindən Rusiyanın nəzarətində olan bölgələrdə 40-dan çox əməliyyatın həyata keçirildiyini, bunun nəticəsində 100-dən çox yaşayış məntəqəsi daxil olmaqla, Donetsk və Luhansk vilayətlərinin 70-nin azad olduğunu bildirib.
Poroşenko, yeni hücumlara qarşı və ölkənin müdafiəsinə hazır olduqlarını vurğulayıb.
Dövlət başçısı ölkədəki qarşıdurmalarda silahlı qüvvələrin böyük təcrübə qazandığını, Ukraynanın bölgədəki ən güclü orduya sahib olan beş ölkədən biri olduğunu geyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr