Əfqanıstanda qarşıdurmada 4 nəfər ölüb

Əfqanıstanda Taliban silahlılar ilә təhlükəsizlik qüvvələri arasında baş verәn qarşıdurmada 4 nəfər hәyatını itirib.

278086
Əfqanıstanda qarşıdurmada 4 nəfər  ölüb

Əfqanıstanın şimalında yerlәşәn Cevizcan vilayətinin Akça rayonunda, Taliban silahlılar ilә təhlükəsizlik qüvvələri arasında baş verәn qarşıdurmada 4 nəfər hәyatını itirib.
Әldә edilәn mәlumata görә Akça polis nəzarət məntəqəsinə hücum edən Taliban silahlılar ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma təxminən bir saat davam edib.
Qarşıdurmanın baş verdiyi yerә dövlət nömrə nişanı maşınla gələn vә hadisәdәn sonra avtomobili tәrk edәrәk qaçaq Taliban döyüşçülәr haqqında istindaq başladılıb.
Taliban isә qarşıdurmada 5 polis əməkdaşının öldürüldüyünü, polislərin silahlarının әlә keçirildiyini irәli sürüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr