Avstriyada müsəlmanlara qarşı həyata keçirilən hücumların sayı i

Avstriyada yayımlanan hesabata görə, ölkədə 2014-cü ildə müsəlmanlara qarşı həyata keçirilən hücumların sayı iki dəfə artıb.

274746
Avstriyada müsəlmanlara qarşı həyata keçirilən hücumların sayı i

Avstriyada yayımlanan hesabata görə, ölkədə 2014-cü ildə müsəlmanlara qarşı həyata keçirilən hücumların sayı iki dəfə artıb.
Qeyri-hökumət təşkilatı ZARA-ın yayımladığı "İrqçilik 2014" hesabatında ölkədə xaricilərə qarşı irqçiliyin artdığına və bunun siyasi olaraq dəstəkləndiyinə diqqət çəkilir.
Hesabata əsasən, keçən il Avstriyada Müsəlmanlara qarşı hücumların sayı iki dəfə artataraq 61-ǝ çatıb.
2014-ci ildə ölkədə 794 hadisənin qeydə alındığı, bu hadisələrin 20 faizinin irqçilik zəmnində baş verdiyi vurğulanır.
Hesabatda mediada yer alan "məsuliyyətsiz xəbərlərin" Müsəlmanlara qarşı hücumların artmasına səbəb olduğuna işarə edilir, həmçinin siyasətçilər və medianın irqçiliyə dəstək verdikləri qeyd edilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr