İtkin düşәn 43 tәlәbәnin ailəsi ABŞ-da

İtkin düşәn 43 tәlәbәnin ailəsi mәsәlәni beynəlxalq içtimayyәtә çatdırmaq üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.

272151
İtkin düşәn 43 tәlәbәnin ailəsi ABŞ-da

Meksikada Sentyabr ayında itkin düşәn 43 tәlәbәnin ailəsi mәsәlәni beynəlxalq içtimayyәtә çatdırmaq üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.

Ailələr, övladlarının təhsil aldığı Fakultәnin müəllimi Felipe de la Kruzun kömәkliyilә başda Birləşmiş Millətlər olmaq şәrtilә bütün beynəlxalq təşkilatlara müraciәt edәcәklәr.

Nyu-Yorkda Meksika Baş konsulluğu qarşısında çıxış edən Kruz, bir qrup ailənin 3 həftə әrzindә Amerikanın bir neçә şəhərinә gedəcəyini, sәfәrin sonunda isә onun özüylә görüşəcəklәrini bildirib.

Sentyabırın 26 da Meksikanın İguala şəhərində polislə baş verәn qarşıdurmadan sonra itkin düşәn 43 tәlәbәnin taleyi barәdә hələ də mәlumat yoxdur.

Prokurorluq iddianaməsində, tələbələrin İguala bələdiyyə başçısı və polis әmәkdaşları tərəfindən mafiyaya verildikdәn sonra qәtlә yetirildiklәri versiyasını irəli sürmüşdü.

Iddianamə әsasında bələdiyyə başçısı və polis rəsmiləri hәbs edlib, faktla bağlı araşdırmalar davam etdirilir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr