ABŞ: "Suriya siyasətimizdә dәyişiklik yoxdur"

Marie Harf ökəsinin Suriya siyasətində hər hansı bir dəyişikliyin olmadığını bildirib.

265180
 ABŞ: "Suriya siyasətimizdә dәyişiklik yoxdur"

ABŞ Dövlət Katibliyinin nümayəndəsi Marie Harf ökəsinin Suriya siyasətində hər hansı bir dəyişikliyin olmadığını bildirərək Bəşər Əsədlə heç bir məsələni müzakirə etməyəcəklərini deyib.
Belə ki, ABŞ-nın Dövlət Katibi Con Kerri ölkəsindəki bir televiziyaya müsahibəsində Suriyada siyasi dəyişiklik üçün Əsəsdə təsir yollarını axtardıqlarını bildirib.
Mari Harf isə Kerrinin bu fikirlərinə açıqlama gətirərək “ Kerri vəziyyətlə bağlı düşüncələrimizi bir daha sәslәndirib, bizim Bəşər Əsədlə razılaşacağımızı deməyib” diyə vurğulayıb.
Harf Twitterdəki açıqlamasında isə Əsədin Suriyanın gələcəyində bir yerinin olmadığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr