Küveytdən Qəzzaya 200 milyon dollarlıq yardım

Küveyt İsrail hücumlarında zərər çəkən Qəzza Zolağının yenidən abadlaşdırılması üçün 200 milyon dollar yardım edib.

262452
Küveytdən Qəzzaya 200 milyon dollarlıq  yardım

Küveyt İsrail hücumlarında zərər çəkən Qəzza Zolağının yenidən abadlaşdırılması üçün 200 milyon dollar yardım edib.
Yardım anlaşması İordaniyanın paytaxtı Ammanda imzalanıb.
Anlaşmaya görə yardım, iki il içərisində Fələstinin bir çox nazirliyinin nəzarətində mənzil, infrastruktur, su, iqtisadiyyat və ticarət kimi müxtəlif sektorların inkişafına sərf olunacaq.
Qeyd edək ki, Misirin paytaxtı Qahirədə Oktyabrın 12-də keçirilən beynəlxalq konfransda iştirak edən ölkələr tərəfindən, 5,4 milyard dollarlıq yardım sözü verilib ki, bu vəsaitin də yarısının abadlaşdırma işlərinə xərclənməsi nəzərdə tutulur.
Birləşmiş Millətlər Təşkilatının son məlumatlarına görə, İsrailin İyulun 7-də başlayan və 51 gün davam edən son hücumlarında 2272 Fələstinli həyatını itirib, 11711 adam müxtəlif bədən xəsarəti alıb və təxminən 92 min tikinti yararsız hala düşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr