Ağ evdə təhlükəsizlik problemi

ABŞ-nın Daxili Tǝhlükǝsizlik Nazirliyi Kəşfiyyat İdarəsinin iki əməkdaşı haqqında istintaq başladıb.

261497
Ağ evdə təhlükəsizlik problemi

ABŞ-nın Daxili Tǝhlükǝsizlik Nazirliyi Kəşfiyyat İdarəsinin iki əməkdaşı haqqında istintaq başladıb.
İddialara görə hər iki şəxs iştirak etdikləri bir şənlikdən sərxoş vəziyyətdə çıxdıqdan sonra idarə etdikləri avtomobilə nəzarəti itiriblər və nəticədə Ağ evin bariyerlərinə çırpılıblar.
Martın dördündə qeydə alınan hadisə barəsində Kəşfiyyat İdarəsinin direktoru Jozef Klaneyə məlumat verilib. O da öz növbəsində hadisənin araşdırılmasını istǝyib.
Ümumiyyətlə Ağ evin təhlükəsizliyini təmin edən kəşfiyyat idarəsinin əməkdaşları son vaxtlar rüsvayçılıqlarla gündəmə gəlir.
Məhz bu yaşananlar ucbatından 2014-cü ilin oktyabrında kəşfiyyat idarəsinin direktoru Julia Pirson istefaya getmişdi.

Qeyd edək ki, Ağ ev dünyanın ən yaxşı qorunan yerlərindən biri kimi göstərilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr