Ferqyusonda iki polis ǝmǝkdaşı vurulub

Ferqyuson Polis Departamentinin qarşısında iki polis ǝmǝkdaşı güllələnib.

259954
Ferqyusonda iki polis ǝmǝkdaşı vurulub

Ferqyuson Polis Departamentinin qarşısında iki polis ǝmǝkdaşı güllələnib.
ABŞ-da keçǝn il 18 yaşındakı qaradǝrili gǝnc Brovnun polis tǝrǝfindǝn öldürüldüyü Misuri ştatına bağlı Ferqyuson qǝsǝbǝsindǝ iki polis ǝmǝkdaşının vurulduğu bildirilib.
St. Luisin polis rǝsmisi Briyan Şelman (Brian Schellman), Ferqyusonda iki polis ǝmǝkdaşının vurulduğunu bildirǝrǝk, onların sǝhhǝtlǝrinin necǝ olduğu haqqında hǝlǝ mǝlumatın olmadığını, mövzu haqqında araşdırmaların davam etdiyini açıqlayıb.
Hadisə bu gün səhər baş verib. Polis və etirazçılar polis idarəsinin rəhbəri Thomas Jacksonnun istefasından sonra idarənin qabağına toplaşıblar.

Qeyd edək ki, etirazçılar Jacksonun istefasını tələb edirdilər. Səbəb ötən ilin avqustunda ağdərili Ferqyuson polisi Darren Wilsonun qaradərili silahsız yeniyetməni güllələyib öldürməsi idi.
Bu qətl ölkədə etirazlar doğurmuşdu. Polisin xüsusilǝ qaradərililərə qarşı gücdən istifadə etməsinə diqqət yönəlmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr