Sağçı Nasional Sosialist terror təşkilatının məhkəmə prosesi davam edir
Beyate Çepe sağlamlığında problemlər olduğunu bəhanə edərək məhkəmə iclaslarına qatılmaqdan imtina edir.
Almaniyada səkkizi Türk on nəfərin ölümündə günahlandırılan radikal sağçı Nasional Sosialist terror təşkilatının məhkəməsində əsas günahkar kimi ittiham edilən Beyate Çepe sağlamlığında problemlər olduğunu bəhanə edərək məhkəmə iclaslarına qatılmaqdan imtina edir.
Bunun da nəticəsi olaraq Münhen Əyalət Məhkəməsi prosesin önümüzdəki iki həftə boyunca üç gün deyil də iki gün davam etməsinə qərar verib.
6 May 2013-cü ildən başlayan məhkəmə prosesinin bu qədər uzadılması narazılıqlara da səbəb olur. Tənqidlərin bir başqa səbəbi isə Çepe tərəfdarı şahidlərin məhkəməni uzadan ifadə verməsidir.
Әlaqәli Xәbәrlәr
Avropanın әn aktiv vulkanı püskürüb
İtaliyanın Siciliya adasında yerlәşәn Etna vulkanının püskürmәsi qeydә alınıb.

Terror tәşkilatı Boko Haramın hücumu nәticәsindә dörd hәrbçi hәyatını itirib
Bu barәdә Niger Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.