Separatçılar ilhaqın birinci ildönümünü qeyd edib

Rusiya tǝrǝfindǝn ilhaq edilǝn Krımda Rusiya yönümlü separatçılar ilhaqın birinci ildönümünü qeyd edib.

255960
Separatçılar ilhaqın birinci ildönümünü qeyd edib

Rusiya tǝrǝfindǝn ilhaq edilǝn Krımda Rusiya yönümlü separatçılar ilhaqın birinci ildönümünü qeyd edib.
Krım lideri Sergey Aksyonov, Rusiyaya ilhaqın bölgǝnin xeyrinǝ olduğunu iddia edib.
Keçin il martın 16-da Krımda keçirilǝn referenduma qatılanların 97 faizi Rusiyanın tǝrkibinǝ daxil olmaq üçün müsbǝt sǝs verib.
Sǝsvermǝdǝ iştirak edǝnlǝrin ǝksǝriyyǝtini isǝ Rusiya yönümlü separatçılar tǝşkil edib.
Krımın ilhaq edilmǝsindǝn sonra qǝrbli dövlǝtlǝrlǝ Rusiya arasındakı gǝrginlik dǝ dǝrinlǝşib.
Referendumu utanılacaq bir qǝrar kimi görǝn Avropa, Rusiya vǝ Krıma sanksiya tǝtbiq edilmǝsi qǝrarına gəlib.
Krımlı bǝzi liderlǝr, bölgǝnin referendum sayǝsindǝ Ukraynada yaşanan xaosdan xilas olunduğunu vǝ ǝhalinin önǝmli hissǝsinin Rusiyanın bir parçası olmaqdan peşmanlıq duymadığını irǝli sürüb.
Ancaq sanksiya qǝrarları Rusiya ilǝ yanaşı Krımın iqtisadiyyatına da mǝnfi tǝsir edib.
Әhali qiymǝtlǝrin qalxdığından şikayǝt edir.
Digǝr tǝrǝfdǝn ABŞ NATO müttǝfiqi Baltik ölkǝlǝrinǝ Rus tǝhdidindǝn qorunmaları üçün hǝrbi ekipaj göndǝrib.
Litva prezidenti Dalya Gribauskayte keçǝn hǝftǝ NATO ölkǝlǝrindǝn yardım gǝlmǝdǝn öncǝ Baltik ölkǝlǝrinin hǝr hansı müdaxilǝni geri oturtmağa hazır olmasının vacibliyini dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr