Venesuela bazarlarında barmaq izi dövrü

Barmaq izi sistemi

255528
Venesuela bazarlarında barmaq izi dövrü


Venesuela neft qiymətlərindəki enişdən sonra qida məhsullarının stoklanmasını və qaçaqçılığı önləmək üçün barmaq izi sisteminə keçib.
Dövlət Başçısı Nicolas Madura, bir supermarketin açılışında etdiyi çıxışda ilk etapda ölkədəki 7supermarket şəbəkələrinə barmaq izi skanerlərinin yerleşdiriləcəyini ifadə edib.
Madura, marketlərdə 20 min barmaq izi skaneri istifadə edəcəklərini qeyd edib.
Bu sistemlə, bir adamın qida məhsulundan böyük miqdarda alıb ehtiyat toplamasının və dövlət tərəfindən sübvanse edilən qida məhsullarının qonşu ölkələrə satılmasının qarşısını almaq məqsəd qoyulub.
Ölkədə son bir il təməl qida çətinliyi səbəbiylə marketlər qarşısında uzun sıra meydana gəlib.
Neft qiymətlərindəki enişdən mənfi təsirlənən Venesuelada yanvar ayında market məhsullarına kart sistemi gətirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr